• $
  • €
  • ₽
  • ₺
  • £

Həbs edilmiş 10 yaşlı azərbaycanlı qız azadlığa buraxıldı

Həbs edilmiş 10 yaşlı azərbaycanlı qız azadlığa buraxıldı
24.02.2014 22:31

21 fevral - Ümumdünya Ana Dili Günündə soydaşlarımıza qarşı zor tətbiq edilib.

Ana dilində təhsil tələb etdiyinə görə həbsə alınmış 10 yaşlı azərbaycanlı qız azadlığa buraxılıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Fatimə Məhdəvi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları tərəfindən fevralın 21-də tutulub.

Həmin gün sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Tehran yaxınlığındakı Nəsimşəhr rayonunda 21 fevral - Ümumdünya Ana Dili Günü münasibətilə toplantı keçirilib. Mərasimə 200 nəfərə yaxın azərbaycanlı qatılıb, tanınmış ziyalılar çıxışlar edərək ana dilinin əhəmiyyətindən danışıblar, milli musiqilər, aşıq havaları və şeirlər səsləndirilib, milli rəqslər ifa edilib. Ancaq ETTELAAT əməkdaşlarının tədbirə müdaxilə etməsi nəticəsində toqquşma baş verib, yığıncağın dağıdılması üçün bibər qazından istifadə olunub. Bəzi soydaşlarımıza qarşı zor tətbiq edilib, Əkbər Azad, Əziz Fərşi, Əlirza Fərşi, İsrafil Soltanian, Mənsur Fəthi və Seyid Müctəba Musəvi və başqa azərbaycanlı fəallar tutulub.

ETTELAAT əməkdaşlarının zor tətbiq etməsi nəticəsində bir neçə soydaşımız yaralanıb. Belə ki, valideynləri ilə birlikdə mərasimə qatılan bir uşaq qolundan xəsarət alıb. Həmid Manafi Nadarlı (Erkin Nadarlı) başından güclü zərbə alaraq qanaxması səbəbindən xəstəxanaya yerləşdirilib. Eyni zamanda İ.Soltanian əlil olmasına baxmayaraq, təhqirə məruz qalıb və vəhşicəsinə döyülüb. Bundan başqa, başından ağır zərbə almış Əlirza Fərşinin də vəziyyəti ağırdır. Artıq tutulanlardan bəziləri azadlığa buraxılıb.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol