• $
  • €
  • ₽
  • ₺
  • £

İmran Xan və həyat yoldaşı rüşvətxorluqda ittiham olunur – “Reuters”

İmran Xan və həyat yoldaşı rüşvətxorluqda ittiham olunur – “Reuters”
27.02.2024 19:19

Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı Buşra Bibi hökumət başçısı vəzifəsində çalışarkən rüşvət kimi torpaq almaqda ittiham olunurlar.

Bu barədə "Reuters” məlumat yayıb.

İttiham Xan və Bibi tərəfindən 2018-ci ildə "Al-Qadir Trust” qeyri-hökumət xeyriyyə təşkilatının yaradılması ilə bağlıdır. Müstəntiqlərin fikrincə, bu təşkilat inşaatçıdan rüşvət kimi torpaq almaq üçün istifadə olunub.

71 yaşlı siyasətçi başqa cinayətlər törətməkdə şübhəli bilinərək 2023-cü ilin avqustundan həbsdədir. Bundan əvvəl Pakistan məhkəməsi İmran Xan və Buşra Bibi korrupsiya və xarici hədiyyələrin satışı işi üzrə 14 il həbs cəzasına məhkum etmişdi. Keçmiş baş nazir və keçmiş xarici işlər naziri Şah Mehmud Qureşi dövlət sirri haqqında qanunu pozmaq ittihamı ilə xüsusi məhkəmə tərəfindən 10 il həbs cəzasına məhkum edilib.

İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. 10 aprel 2022-ci ildə ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol