Fələstin Prezidenti Mahmud Abbas sabah Türkiyəyə səfər edəcək.Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
"Misir həm yaralıların ölkəmizə təhvil verilməsində, həm də Qəzzaya göndərdiyimiz humanitar yardımın çatdırılmasında ciddi dəstək verdi. Sabah bu məsələləri müzakirə etmək üçün Fələstin Prezidenti Mahmud Abbası ölkəmizdə qonaq edəcəyik”, - o bildirib.