Bolqarıstan hökuməti istefa verib

Bolqarıstanın baş naziri Nikolay Denkov hökumətin istefası məktubunu parlament ofisinə təqdim edib.Bu barədə Bolqarıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bolqarıstanda canlı yayımlanan çıxışı zamanı Denkov "Baş nazir vəzifəsindən istefa edirəm. Bəyanat parlamentə təqdim edilib. Bu, siyasi oyun deyil, 6 iyun 2023-cü il tarixli bəyannaməyə uyğun gələn mövqedir”, - deyə bildirib.
O, Bolqarıstanın obyektiv prokuror və hakimlərə, eləcə də islahatlara ehtiyacı olduğunu vurğulayıb.
www.anews.az
























