Türkiyənin Muğla vilayətinin Marmaris rayonunda zəlzələ baş verib.Bu barədə AFAD məlumat yayıb. Yerli saatla 07.27-də 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Episentri Muğlanın Marmaris rayonundan 41,39 kilometr aralıda olan zəlzələnin 36,05 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.www.anews.az