• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Ermənistanın KTMT-dən çıxma şərtlərini açıqlayıb

Paşinyan Ermənistanın KTMT-dən çıxma şərtlərini açıqlayıb
12.03.2024 14:39
 Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanda ona məxsus məsuliyyət sahəsi ilə bağlı suala cavab verilməsə Ermənistan bu qurumdan  çıxacaq. Bunu Ermənistan baş nazirii Nikol Paşinyan bildirib. 
 
" KTMT-dən olan həmkarlarımızın fikrincə, Ermənistanın suveren ərazisi haradadır və onun Ermənistanda məsuliyyət zonası haradır? Bu gün bu sual masada qalmaqda davam edir. Əgər KTMT bu suala cavab versə bu bizim ideyalarımıza uyğundur. Bu o deməkdir ki, Ermənistanla KTMT arasında bütün məsələlər bundan sonrakı nəticələr əsqsında həll olunacaq”, - Paşinyan çərşənbə axşamı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, "əgər belə olmasa, Ermənistan KTMT-dən çıxacaq”.
 
Amma bunun nə vaxt baş verəcəyi barədə suala  baş nazir "nə vaxt deyə bilmərəm" cavabını verib.

Paşinyan bildirib ki, respublikanın təşkilatda iştirakının dondurulması ilə bağlı siyasi qərar ilə Ermənistanın mövqeyini qarışdırmaq olmaz.

"Bəli, biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq. Daimi nümayəndəmiz yoxdur, görüşlərdə iştirak etmirik. (...) Biz hörmətli həmkarlarımızdan KTMT-dən suala cavab vermələrini xahiş edirik, gözləyirik, tələb edirik. - Ermənistanda onun məsuliyyət zonası haradadır”, - baş nazir bildirib.
 
O, Ermənistanın KTMT-yə problem yaratmadığını bildirib.
 
"Bütün problemlər o vaxtdan yaranıb ki, biz KTMT-nin Ermənistanda məsuliyyət zonası məsələsini qaldırdıq və cavab almadıq”. O qeyd edib ki, KTMT-dən müşahidəçilərin göndərilməsi ilə bağlı təklif daxil olanda sual da yaranıb. "Sülhməramlılar və müşahidəçilər neytral tərəfin nümayəndələridir, KTMT isə bizim Təşkilatımızdır. Deməli, suallar qalır", - Paşinyan bildirib.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol