• $
  • €
  • ₽
  • ₺
  • £

Tehranda onlarla azərbaycanlı həbs edilib

Tehranda onlarla azərbaycanlı həbs edilib
22.02.2014 09:38
Ötən gün axşam saatlarında İranın paytaxtı Tehran şəhərində onlarla azərbaycanlı fəal həbs edilib.APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, buna səbəb sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edən Tehranın Savə küçəsində 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə toplantının keçirilməsi olub. Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları 200 nəfərin iştirak etdiyi mərasimə müdaxilə edib. Nəticədə İran təhlükəsizlik qüvvələri ilə azərbaycanlı fəallar arasında toqquşma baş verdiyi, yığıncağın dağıdılması üçün bibər qazından istifadə olunduğu. bəzi soydaşlarımıza qarşı zor tətbiq edildiyi, onlardan bir neçəsinin saxlanıldığı vurğulanır. Hələlik tutulanlardan yalnız 6 nəfərin kimliyi müəyyənləşdirilib. Bunlar Əkbər Azad, Əziz Fərşi, Əlirza Fərşi, İsrafil Soltanian, Mənsur Fəthi və Seyid Müctəba Musəvidir. ETTELAAT əməkdaşlarının zor tətbiq etməsi nəticəsində bir sıra soydaşımızın yaralandığı, onların arasında tanınmış azərbaycanlı fəal Həmid Manafi Nadarlının (Erkin Nadarlı) da olduğu, başından güclü zərbə alan fəalın qanaxması olduğu bildirilir. Eyni zamanda İ.Soltanianın əlil olmasına baxmayaraq vəhşicəsinə döyüldüyü qeyd edilib. Hazırda azərbaycanlı fəalların harada saxlanıldığı ilə bağlı heç bir məlumat verilmir.  Qeyd edək ki, fevralın 20-də İranın Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində kütləvi həbs həyata keçirilib. İran nizam-intizam qüvvələri (polis) azərbaycanlı fəal Əkbər Əbulzadənin atası evinə basqın ediblər. Buna səbəb azərbaycanlı fəalların 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə tədbir keçirmək üçün toplanmaları olub. Ona görə də İran nizam-intizam qüvvələri ilə birlikdə əraziyə 15-ə yaxın polis avtomobili gəlib. Nəticədə polislərlə azərbaycanlı fəallar arasında toqquşma baş verib. Polislərin tanınmış azərbaycanlı fəal Abbas Lisaninin üzərinə silah çəkərək təhdid etdiyi, bəzi soydaşlarımıza qarşı zor tətbiq etdiyi bildirilir. Toqquşma yüzə yaxın azərbaycanlı fəalın həbsi ilə nəticələnib. Hazırda onların harada saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur. Saxlanılanlardan yalnız 63 nəfərinin ad və soyadları məlumdur, digərlərinin kimlikləri isə dəqiqləşdirilir. Onların arasında Abbas Lisani, İbrahim Rəşidi Savalan, Vəhid Faizpur, Meysəm Azadi, Ruzbeh Səadəti, Fərdin Muradpur, Əsgər Əkbərzadə, Rəhim Qulami, Səccad Culani, Meysəm Culani, Əkbər Əbulzadə, İbrahim Nuri, Abbas Nəzəri və başqaları var. Bundan əlavə, həmin gün İranın Şərqi Azərbaycan vilayətinin Məlikan (Məlikkəndi) və Binab şəhərlərində daha üç nəfər tutulub. Belə ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Səccad Əfruzan və Kərim Fəyyazini Məlikkəndi, Bəhmən Xaliqini isə Binab şəhərində həbs ediblər. Onların nədə günahlandırıldığı və hazırda harada saxlanıldıqları barədə heç bir məlumat yoxdur. Həbslərin 21 fevral Ümumdünya Ana Dili Günü münasibətilə həyata keçirildiyi ehtimal olunur.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol