Ermənistan yeni qalmaqalın astanasında

Ermənistanda yeni böyük qalmaqalın astanasındadır. Yerli mətbuatın fikrincə, bu qalmaqala Ermənistanın hazırki baş naziri Tiqran Sarkisyanın da adı qarışıb. Avropadakı erməni təşkilatları formunun hüquqi qrupu vəziyyətin təhlilinə dair hesabat dərc edib. "Nairit" elmi-istehsalat birliydəki vəziyyəti əks etdirir.Xatırladaq ki, bu Ermənistanın ən nəhəng kimya sənayesi müəssisəsidir. Hesabatda qeyd edilir ki, 2006-cı ildən başlayaraq bu günə kimi "Nairit" idarəsi savadsız və fərsiz şəkildə idarə edilib. İddia edilir ki, söhbət böyük qayda pozuntularından gedir. Bunların nəticəsində Ermənistan iqtisadiyyatına milyon dollarla ziyan dəyib. Bunları gizlətmək üçün isə yanğınlar, partlayışlar törədilib ki, bunlar da insan ölümləri ilə nəticələniblər. Hesabatda qeyd edilir ki, bütün bunlar ölkə iqtisadiyyatına dəyən böyük ziyanları gizlətmək üçün edilib. Hesabatı hazırlayan hesab edirlər ki, "Nairit" ətrafındakı maxinasiyanın əsas günahkarı isə ölkənin hazırki baş naziri Tiqran Sarkisyandır.//Anspress
























