• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə güclü qar yağıb,məktəblər bağlanıb

Türkiyədə güclü qar yağıb,məktəblər bağlanıb
22.03.2024 16:03
Türkiyədə hava kəskin dəyişib, bəzi bölgələrə güclü qar yağıb. Bu barədə Türkiyə mətbuatı xəbər verir.
 
Xüsusən Şərqi Anadolu bölgəsinə yağan qar fəsadlar törədib.
Nəticədə yollar buz bağlayıb, bəzi rayonlarda məktəblərdə bir günlük tətil elan edilib. 

Hamilə və fiziki məhdudiyyətli dövlət qulluqçularına da 1 günlük inzibati məzuniyyət verilib. Yollara yağan qarın təmizlənməsi ilə bağlı aidiyyəti qurumların, bələdiyyələrin əməkdaşlarından ibarət briqadalar işə başlayıblar.

Meteoroloqlar Rizə, Ərzurum, Ağrı, Diyarbekir, Mardinətrafı, Bitlis, Bingöl, Batman, Siirt, Şırnak və Elazığın şərqində Muşun cənub və qərb rayonlarında, Hakkaridə və Vanın cənubunda yaxın günlərdə sulu qar və qar yağacağını proqnozlaşdırırlar. Səhər və gecə saatlarında mərkəzi və şərq rayonlarında buzlaşma, şaxta gözlənilir.
 
Temperaturun 4-6 dərəcə aşağı enəcəyi ehtimal edilir. 
Şərqi Anadolunun şimal və şərqində yüksək qar örtüyü olan yamaclarda uçqun təhlükəsi var. 

Ümumilikdə 13 şəhərdə - Adıyaman, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Hakkari, Mardin, Muş, Siirt, Tunceli, Van, Batman, Şırnakda sarı və narıncı xəbərdarlıq elan edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol