• $
  • €
  • ₽
  • ₺
  • £

Putin xalqa müraciət edib - Yenilənib - Video

Putin xalqa müraciət edib - Yenilənib - Video
23.03.2024 16:33
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib.

Putin müraciətində ötən gün Moskvada "Crocus City Hall” ticarət mərkəzində baş verənləri qanlı və barbar terror hücumu adlandırıb.

Bildirib ki,onlarla dinc, günahsız insan terror aktının qurbanı olub.O, doğmalarını və yaxınlarını itirən hər kəsə başsağlığı verib.
 
Həmçinin qeyd edib ki, Moskva və digər regionlarda əlavə antiterror tədbirləri tətbiq edilib.

***

"Terror aktını törədən 4 nəfərin hamısı saxlanılıb, onlar Ukraynaya qaçmağa cəhd ediblər. İlkin məlumatlara görə, Ukrayna tərəfində terror aktının iştirakçılarının sərhədi keçməsi üçün "pəncərə” hazırlanıb. Terror aktının təşkilatçıları bir vaxtlar nasistlər kimi nümayişkaranə edam və qanlı hədə-qorxu aktı hazırlayıblar”, - Putin əlavə edib.

***

Rusiya Prezidenti martın 24-nü milli matəm günü elan edib.

İstintaq və hüquq-mühafizə orqanları terror aktının bütün təfərrüatını müəyyən etmək üçün əllərindən gələn hər şeyi edəcəklər: "Bu hadisədə kim iştirak edibsə, hər kəsi müəyyən edib cəzalandıracağıq. Terror aktının bütün icraçıları, təşkilatçıları və sifarişçiləri ədalətli cəzalarını alacaqlar.

Heç kim Rusiya vətəndaşlarının birliyini sarsıda bilməz. Rusiya ən çətin sınaqlar zamanı həmişə daha da güclənib və indi də belə olacaq”.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol