• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya milyarderlərinin sərvəti $14,2 trilyondur - Forbes

Dünya milyarderlərinin sərvəti $14,2 trilyondur - Forbes
02.04.2024 17:10
Dünyada milyarderlərin sayı 2023-cü ildə 141 nəfər artıb və  2023-cü ildə rekord həddə yüksələrək 2781 nəfərə təşkil edib. Onların ümumi sərvəti indiyədək görünməmiş 14,2 trilyon dollara çatıb. Bu barədə "Forbes” jurnalı məlumat verib. 
 
Jurnalın çap elədiyi reytinq cədvəlinə ikinci ildir ki, LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun sahibi fransız milyarder Bernard Arno başçılıq edir. Onun sərvəti 233 milyard dollarla qiymətləndirilir.
 
İkinci yeri Tesla və SpaceX-in sahibi İlon Mask tutur . Onun sərvəti 195 milyard dollar qiymətləndirilir. İlk üçlüyü Amazon şirkətinin rəhbəri Ceff Bezos qapayır. Onun  sərvəti 194 milyard dollar təşkil edir. 

Forbes-in qeyd etdiyi kimi, 2023-cü ildə ən çox pul qazanan Meta şirkətinin rəhbəri Mark Zukerberq olub. O, korporasiyanın səhmlərinin artımı sayəsində sərvətini 116,2 milyard dollar artıraraq 177 milyard dollara çatdırıb. O, reytinqdə dördüncü yerdədir.

Beşinci yeri Oracle korporasiyasının yaradıcılarından biri Larri Ellison tutub, onun sərvəti 141 milyard dollar həcmində qiymətləndirilir.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol