Kiyevdə onlarla əsgər müxalifət tərəfinə keçib
Kiyevdə daxili qoşunların onlarla əsgəri Maydanın özünümüdafiə qüvvələrinə təslim olub. APA-nın yerli mətbuata görə, onlar təhlükəsizlik təminatı aldıqdan sonra bu addımı atmağa razılıq veriblər. Digər məlumata görə, deputatlar Ali Radadan təxliyə olunur. Deputat Vladimir Litvin bildirib ki, deputatlar və parlamentin əməkdaşları binanı tərk edirlər. Həmçinin etirazçıların Ukrayna Evini ələ keçirdikləri və güc strukturları təmsilçilərinin oradan qaçdığı bildirilir. “Senzor.net” saytı isə snayper tərəfindən etirazçılara atəş açdığı barədə xəbər yayıb. Xəbərə görə, “Kozatski” oteli yaxınlığında 5 meyit var. ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Dünya 23:52 Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 21:39 Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 19:30 Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 18:30 Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 15:56 Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 14:19 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 13:41 Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 23:45 ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 21:41 Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb