Tbilisidəki partlayışda ölənlərin sayı artıb - Yenilənib

Tbilisidə atıcılıq mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə,partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
15:03
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində, Boçoromi küçəsində yerləşən "Battleground” atıcılıq klubunda partlayış baş verib.Bu barədə "Mtavari” telekanalı məlumat yayıb.
İlkin məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
www.anews.az
























