• $
  • €
  • ₽
  • ₺
  • £

Peyklərin təmiri üçün robotlar yaradılacaq

Peyklərin təmiri üçün robotlar yaradılacaq
19.02.2014 22:47
ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) peyklərin orbitdə avtomatik yanacaqla doldurulması üçün nəzərdə tutulan “PROxiTT” robotlaşdırılmış sistemin sınaqlarına başlayıb. Mərkəzin məlumatına görə, sistemin ilk sınaqları fevralın əvvəlində laboratoriya şəraitində keçirilib və peykin yanacaqla doldurulmasının imitasiyası üçün öz-özünə alışan yanacaqdan (hypergolic propellant) oksidləşdiricidən istifadə edilib.“NASA”-nın məlumatına görə, “PROxiTT” sistemi hazırda distansiyadan idarə olunan aparat deyil və perspektivdə peyklərə xidmət üçün robot şəklində birləşdirilməsi mümkün olan texnologiyalar toplusudur. Hazırda üç əsas sistem sınaqdan keçirilir: yanacağın verilməsi sistemi (PTS), elastik yanacaq şlanqı (FFH) və oksidləşdiricinin ötürülməsi sistemi (ONT).Yanacağın verilməsi sistemi yüksək sürətlə və böyük təzyiqlə oksidləşdirici və yanacağın həm “PTS”-də, həm də peykin yanacaq çənlərində köpüklərsiz ötürülməsini təmin edir. Sistemə məsafədən idarə edilən və yüksək təzyiq altında oksidləşdiricinin təsirinə davam gətirə bilən elastik yanacaq şlanqı qoşulur. “ONT” peykin yanacaq sisteminə qoşulmasını və klapanların idarə olunmasını təmin edir.   Sistemlərin sınağı eyni vaxtda “Goddard” Kosmik Uçuşlar Mərkəzində və Con Kennedi Kosmik Mərkəzində keçirilir. Yanacaq və oksidləşdiricinin doldurulması kosmosda həyata keçiriləcək eyni sürət və təzyiqdə edilir. “NASA”-nın məlumatına əsasən, mövcud sistemlər hətta əvvəlcədən bu məqsədlər üçün layihələşdirilməyən peykləri yanacaqla doldurmağa imkan verəcək.  Avadanlığın idarə olunması üçün “Goddard” və Merilendə xüsusi proqram və coystiklə təchiz edilən kompüterdən istifadə edilir. İdarəetmə sistemləri isə Floridada idarəetmə məntəqəsinin təxminən 1,2 kilometrliyində peyklər üçün təhlükəli faydalı yüklər müəssisəsində yerləşir.//İctnews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol