Hakan Fidan Quterreşlə bölgədəki son hadisələri müzakirə edib
15.04.2024 18:41
Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşlə telefonla danışıb.Bu barədə "TRT Haber” məlumat yayıb.
Söhbət zamanı bölgədəki son hadisələr və Qəzzadakı vəziyyət müzakirə edilib, "Kipr məsələsi” və Qara dənizdə gəmiçilik təhlükəsizliyi haqda fikir mübadiləsi aparılıb.