• $
  • €
  • ₽
  • ₺
  • £

İranın Ermənistandakı səfiri Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb

İranın Ermənistandakı səfiri Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb
16.04.2024 16:22
İranın Ermənistandakı səfiri Mehdi Sobhani Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb. Bu barədə Radar Armenia xəbər verib.

"Regionda gərginliyin artması bizi qane etmir, bu, Ermənistan və Azərbaycanın qonşuları, eləcə də region xalqları üçün itkidir. Biz hər iki tərəfi sülh dialoqunu davam etdirmək üçün sakit və təmkinli olmağa çağırırıq. Biz görürük ki, diplomatiya, suverenliyə hörmət və beynəlxalq səviyyədə tanınmış sərhədlərin bölünməzliyi gərginliyin azaldılmasında ən mühüm amillərdir. Müharibə problemləri həll etməyəcək, hətta müharibələr diplomatiya və dialoq yolu ilə həll olunur” , - səfir qeyd edib.
 
Aprelin 4-ü Ermənistan Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələri qurduğu ilə bağlı görüntülər yayılıb. 
 
Aprelin 12-13 Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi və Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
 
Bundan əvvəl isə Azərbaycan ordusunun Naxçıvandakı mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. 
 
Aygün Mirakif

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol