• $
  • €
  • ₽
  • ₺
  • £

“Berkut” yenidən "Maydan"a hücuma keçdi

“Berkut” yenidən "Maydan"a hücuma keçdi
19.02.2014 09:00
Kiyevin Müstəqillik Meydanında etirazçılara qarşı həmləyə keçən xüsusi təyinatlılar Müstəqillik Stelasını mühasirəyə alıblar.APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, beləliklə, milis qüvvələri Müstəqillik Meydanının daha geniş ərazisini öz nəzarəti altına ala biliblər. Belə ki, səhər saat 04.00 radələrində xüsusi təyinatlılar etirazçılara qarşı yenidən işıq-səs qumbaralarından istifadə edib. Aksiyanı yatırmaq üçün su şırnaqlarından da istifadə olunur.       “Azadlıq” partiyasının nümayəndəsi Aleksandr Aronetsin məlumatına görə, xüsusi təyinatlılar hətta “Qlobus”un damından da etirazçılara hücuma keçib.    Məlumata görə, Müstəqillik Stelasının yaxınlığında quraşdırılmış bir neçə çadıra od vurulub. Həmçinin Yeni İl yolkası ətrafında quraşdırılmış çadırlar da yanır. Konservatoriyanın binasında da yanğının başladığı bildirilir. Etirazçılar, buna cavab olaraq,  avtomobil şinlərini yandırır, milis əməkdaşlarına daş və “Molotov kokteyli” atırlar. Maydanda quraşdırılmış səhnədə “Azadlıq” hərəkatının lideri Oleq Tyaqnibok etirazçılara çağırışlar edir.    Qeyd edək ki, bu arada yol polisi paytaxtın mərkəzinə doğru hərəkət edən avtomobillər saxlanılaraq yoxlanılır. Məlumata görə, hətta “taksi”lər də ciddi yoxlanışa məruz qalır.    ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol