Moldova Prezidenti və Baş naziri məhkəməyə çağırılıb

Moldova Prezidenti Maya Sandu və ölkənin Baş naziri Dorin Recan məhkəməyə çağırılıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar 2013-cü ildə Kişinyov Beynəlxalq Hava Limanının konsessiyasına qarşı iş üzrə şahid qismində dəvət olunublar.
Hər iki siyasətçi hava limanını köçürməyə qərar verən keçmiş Baş nazir Yuri Leankanın hökumətində vəzifə tutub.
www.anews.az
























