Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) sədrlik Türkiyədən Azərbaycana keçib. Bu barədə Assambleya Şurasının 13-cü iclasında qərar qəbul edilib . Belə ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş sədrliyi Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovaya təhvil verib. www.anews.az