Hindistanda dini mərasimdəki sıxlıq zamanı 107 nəfər ölüb
02.07.2024 18:17
Hindistanın Uttar-Pradeş ştatındakı dini mərasim zamanı yaranmış sıxlıq nəticəsində 107 nəfər ölüb.Bu barədə "Hindustan Times” məlumat yayıb.
Hadisə dini vaiz Bhole Babanın müraciətindən sonra baş verib. Şahidlərdən biri bildirib ki, izdiham dini tədbir bitəndə, insanlar toplaşdıqları yeri tərk etməyə başlayan zaman baş verib.