• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan İrəvan merindən canını qurtarmaq istəyir

Paşinyan İrəvan merindən canını qurtarmaq istəyir
10.07.2024 13:52
İrəvan meri Tiqran Avinyan vəzifəsində bir il işləyəndən sonra  Ermənistanın baş naziri Nikol Paşinyan Ağsaqqallar Şurası vasitəsilə ona etimadsızlıq votumu təşkil edəcək və vitse-mer Armen Pambuxçyan  mer təyin olunacaqdır.  Ermənistanın "Hraparak” qəzeti yazır ki, Avinyandan fərqli olaraq  Pambuxçyan  "idarə olunan” mer olacaq. Bu barədə qəzetə Ermənistan hakimiyyət dairələrindən məlumatlı mənbə bildirib. 

"Hakim "Mülki Müqavilə” partiyasının nümayəndələri bilmirlər ki, Avinyana baş nazirin belə  münasibət bəsləməsinin səbəbi nədir.  Deyirlər ki, Paşinyan ona etibar etmir, xüsusən Avinyan mer olduqdan sonra müstəqil olmağa başlayıb, baş nazir isə müstəqil insanları sevmir. Bildirirlər ki, son dövrün üstü açılmış "cinayətlər” onunla bağlıdırmühiti ilə bağlıdır", - qəzet yazıb.

Ən son belə təzahür ev dustaqlığına göndərilən Arabkir inzibati dairəsinin rəhbəri Aram Azatyana qarşı olub.
 
Yaxın gələcəkdə etimadsızlıq səsverməsinə yol açacaq yeni qalmaqallı açıqlamalar ola bilər.
 
Ermənistan qanunvericiliyi  bələdiyyə sədrinə seçildikdən sonra bir il toxunulmazlıqhüququ  verir. Yəni İrəvan meri oktyabrın 10-dək toxunulmazdır.
 
Hakim partiya İrəvan Ağsaqqallar Şurasında çoxluğa malik deyil. Avinyan Aram Sarkisyan və Vardan Qukasyanın dəstəyi ilə mer seçilib.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol