• $
  • €
  • ₽
  • ₺
  • £

Hizbullahın ikinci mühüm komandiri öldürülüb

Hizbullahın ikinci mühüm komandiri öldürülüb
31.07.2024 03:56
İsrail ordusu rəsmi bəyanatında Hizbullahın ikinci mühüm komandiri Fuad Möhsün Şükrün Beyruta endirilən zərbədə öldürüldüyünü təsdiqləyib.

Sky News Arabia xəbər verir ki, Hizbullah komandiri Fuad Şükr İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülüb.

İsrail ordusu həmçinin etdiyi zərbələr nəticəsində 17 nəfərin yaralandığını və onlardan 6-nın uşaq olduğunu bildirib. 

Bundan əlavə, İsraildə internet saytlarının istifadəçiləri bütün ölkə ərazisində GPS naviqatoru, həmçinin Waze və Google Maps mobil telefon proqramları ilə bağlı problemlərdən xəbər verirlər.

Hizbullah yaraqlıları da Beyrutun cənub kənarında yerləşən qərargahına hava hücumundan sonra İsrail ərazisinə cavab zərbəsi endiriblər.

Təşkilat rəhbərliyindəki mənbə Sky News Arabia-ya bildirib ki, yaraqlılar Yuxarı və Qərbi Qalileyə kamikadze pilotsuz uçan aparatlarla bir neçə uçuş həyata keçirib.

Hizbullahın yüksək səviyyəli komandirlərindən biri olan Fuad Şükrü hədəf alan Beyruta hücumla bağlı ziddiyyətli məlumatlar ortaya çıxıb. Ərəb mediası xəbər verib ki, Livan Hizbullah komandirinin ölümünü təsdiqləmir. 
 
"Şükrə qarşı sui-qəsd uğursuz alınıb”, - Hizbullah həmçinin bildirib.

Amma İsrail tam başqa məlumatlar verir.
 
"Kəşfiyyat dəqiq idi, hədəf binada idi, raket planlaşdırıldığı yerə dəydi”,   - İsrail mediası yazıb. 

Əl-Ərəbiyyə telekanalı bildirib ki, yenilənmiş məlumatlara görə, İsrail Fuad Şükrü (Əl-Hacca Muhsin) aradan qaldırmağa nail olub. Telekanalın məlumatına görə, onun cəsədi Beyrut xəstəxanalarından birinə aparılıb. 

Üsyançı Ənsar Allah hərəkatından olan husilər İsrailin Beyruta hücumunu pisləyərək bunu "Livanın suverenliyinin və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması” adlandırıblar.

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Beyrutun cənub ətrafına, Hizbullah polis idarələrinin yerləşdiyi ərazilərə dörd raket zərbəsi endirib. TASS-ın Xaret-Xoreyk vilayəti administrasiyasındakı mənbəyə istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, silahlı birləşmələrin iki komandiri öldürülüb.


"Zərbə Livan paytaxtının cənubundakı "Hizbullah” qərargahından 100 metr aralıda, Bəhmən xəstəxanasının yerləşdiyi ərazidə həyata keçirilib. "Raketlərin düşdüyü yerdə bir neçə ev dağıdılıb, park edilmiş avtomobillərə ziyan dəyib”,  - mənbə bildirib. 


İsrail ordusununa hücumu  12 israilli uşağın Colan təpələrindəki Druzilərin Məcdəl Şəms kəndinin  atəşə tutulması zamanı öldürülməsi olub. Əməliyyatı Hizbullah  keçirib. 
 
N.Təbrizli



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol