• $
  • €
  • ₽
  • ₺
  • £

Haniyənin ölümündən sonra Qərb təcili danışıqlara başlayıb

Haniyənin ölümündən sonra Qərb təcili danışıqlara başlayıb
01.08.2024 10:24
ABŞ və Aİ diplomatları İsrailin Beyrut və Tehranda Hizbullah və HƏMAS liderlərinə zərbələr endirməsindən sonra genişmiqyaslı regional müharibə təhlükəsinin qarşısını almaq üçün Yaxın Şərq üzrə maraqlı tərəflərlə təcili müzakirələr aparır, Financial Times xəbər verir.

Tehranda Aİ-nin xarici siyasət rəhbərinin müavini Enrike Mora danışıqlar aparır, Ağ Evin Yaxın Şərq üzrə yüksək vəzifəli rəsmisi Brett Makqurk isə Səudiyyə Ərəbistanındakı problemi müzakirə edib.

Rəsmilər qeyd ediblər ki, danışıqların məqsədi "Tehranı ya cavab verməməyə, ya da simvolik hərəkətə keçməyə inandıra biləcək" motivləri tapmaqdır, çünki İsrail diplomatları qərbli həmsöhbətlərinə onların ordusunun gələcək əməliyyatlar planlaşdırmadığını deyiblər.

 "Dünən gecədən bəri hamı Tehrana reaksiya verməməsi və özünü saxlaması üçün təzyiq göstərir",  - nəşr müzakirələrdə iştirak edən diplomatlardan birinin bəyanatından sitat gətirib. 
 
Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Piter Stano bildirib ki, "Mora Tehrandakı yeni İran administrasiyasının rəsmiləri ilə qarşılıqlı əlaqəsindən İranla bağlı bütün narahatlıq doğuran məsələlərdə Aİ-nin mövqeyini bizim tənqidi qarşılıqlı fəaliyyət siyasətimizə uyğun çatdırmaq üçün istifadə etdi”. 

ABŞ prezidenti Co Baydenin administrasiyası çərşənbə günü İsrail, eləcə də İrana təsir edən digər müttəfiqlər və tərəfdaşlarla təcili məsləhətləşmələr aparıb.

ABŞ dövlət katibi Antoni Blinken iordaniyalı və qətərli həmkarları ilə, ABŞ müdafiə naziri Lloyd Ostin isə israilli həmkarı Yoav Qalantla danışıb. Qəzet yazır ki, əvvəllər planlaşdırılan səfər çərçivəsində çərşənbə günü Səudiyyə Ərəbistanında olan Makqurk indi növbəti danışıqlar üçün Qahirəyə gedəcək.

"The Financial Times" yazır ki, İran və Hizbullah Tehranda HƏMAS lideri İsmayıl Haniyə və Bağdadda Hizbullah Fuad Şükrün öldürülməsinə görə qisas alacaqlarına söz verdikləri üçün daha geniş regional münaqişə qorxusu üzündən Qərbin diplomatik təzyiqləri artıb.
 
N.Təbrizli


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol