Haniyə dəfn olunur

İki gün əvvəl Tehranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyə dəfn olunur. Bu abrədə Əl-Cəzirə telekanalı xəbər verib.
Onun cənazəsi avqustun 1-i dəfn olunmaq üçün Tehrandan Qətərin paytaxtı Dohaya gətirilib və məsciddə onunla vida mərasimi keçirilib.
Mərasimdə HƏMAS-ın yeni lideri olacağı ehtimal edilən Xalid Maşal, Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani və başqa rəsmi şəxslər də iştirak edib.
Əvvəlcə onun İranda dəfn ediləcəyi bildirilirdi.
HƏMAS Siyasi Bürosunun rəhbəri Dohanın şimalındakı Lusail şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.
www.anews.az
























