Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirə rəsmi səfər edib.Bu barədə "Hurriyet” xəbər verib.
Səfər çərçivəsində Hakan Fidan Misirin yeni xarici işlər naziri Badr Abdellaty ilə görüşəcək.
Görüşdə Misir Prezidenti Abdelfattah es-Sisinin Türkiyəyə planlaşdırılan ilk səfərinə hazırlıq, iki ölkə arasında imzalanması nəzərdə tutulan 20-yə yaxın anlaşma ilə bağlı müzakirə aparılacaq.