• $
  • €
  • ₽
  • ₺
  • £

Fizika üzrə Nobel mükafatçısı vəfat edib

Fizika üzrə Nobel mükafatçısı vəfat edib
06.08.2024 09:08
Fizika üzrə Nobel mükafatı laureatı Li Zhengdao  ABŞ- da ,  San Fransiskoda vəfat edib. Şanxay Jiaotong Universitetinin məlumatına görə, alimin 97 yaşı olub.

Li Zhengdao Nobel mükafatı alan ikinci ən gənc alim hesab olunur. O, 1957-ci ildə, 31 yaşında yüksək mükafata layiq görülüb. Tədqiqatçı zəif qarşılıqlı təsirlər üçün fəza paritetinin qorunma qanununu təkzib edə bilib.

24 noyabr 1926-cı ildə Şanxayda anadan olub. Zhejiang Universitetinin perspektivli tələbəsi Çin hökuməti tərəfindən ABŞ-a aspiranturaya göndərilib. Alim Çikaqo Universitetini bitirib və Amerikada dərs deməyə qalıb. 29 yaşında doktorluq dissertasiyası müdafiə edərək ən gənc professor olub.
 

Li Albert Eynşteyn Mükafatı və Qalileo Qaliley Medalı da daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb. Onu XX əsrin ən parlaq nəzəri fiziklərindən biri adlandırırlar.

Gülnar

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol