• $
  • €
  • ₽
  • ₺
  • £

Londonda keçirilən Karib Karnavalının ilk günündə 90 nəfər saxlanılıb

Londonda keçirilən Karib Karnavalının ilk günündə 90 nəfər saxlanılıb
26.08.2024 15:29
Londonda keçirilən Karib Karnavalının ilk günündə 90 nəfər saxlanılıb. 15 polis əməkdaşı yaralanıb, lakin onlardan heç biri ciddi xəsarət almayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ümumilikdə tədbirdə yüz minlərlə insan iştirak edib.

 Karnavalda 3 nəfər bıçaqlanıb: 32 yaşlı qadın və 24 və 29 yaşlı kişilər. Qadının həyatı təhlükədədir.

Əksər hallarda iştirakçılar narkotik vasitələrin saxlanmasına, o cümlədən satışına görə saxlanılıblar.

Həbslər həm də təhlükəli silahların olması, fövqəladə hallar xidmətinin əməkdaşlarına hücumlar, quldurluq və cinsi xarakterli cinayətlərlə bağlıdır.

Notting Hill Karnavalı 1964-cü ildən keçirilir. Londonda keçirilən tədbir günlərində cinayətlərin, o cümlədən bıçaqlı silahlardan istifadə ilə törədilən cinayətlərin və narkotiklərlə bağlı cinayətlərin sayı artır.

2023-cü ildə karnavalın ilk günündən sonra 80-dən çox adam saxlanılıb.
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol