• $
  • €
  • ₽
  • ₺
  • £

Pavel Durov Nobel mükafatına namizəd olub

Pavel Durov Nobel mükafatına namizəd olub
28.08.2024 11:26
Hazırda Fransada həbsdə olan telegramın yaradıcı Pavel Durov Nobel mükafatına namizəd olub. 
 
Sənədləri komissiyaya  Avrasiya Beynəlxalq Universitetinin rektoru Konstantin Klimenko göndərib. Konstantin Paveli yeni rəqəmsal texnologiyalar erasınınlideri hesab edir. 
 
"Mən şəxsən Pavel Durovu görkəmli insan hesab edirəm. O, yeni rəqəmsal texnologiya dövrünün lideridir. Məncə, Durov Nobel mükafatına layiqdir”, - Klimenko öz telegram hesabında yazıb. 

 Bundan əlavə, o, Telegram-ın təsisçisini BRİKS-in Dubay investisiya konfransına məruzəçi kimi dəvət edib. Üstəlik, Fransada həbsdən azad olunmasa, konfransda uzaqdan iştirak edə biləcəyini yazıb. 
 
 Durov avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar ölkəyə  Azərbaycandan uçub. 


Fransa polisi Reuters agentliyinə bildirib ki, iş adamı Telegram-da kiber və maliyyə cinayətləri məsələlərində əməkdaşlıqdan imtina etməkdə ittiham olunur.
 
Onlar əlavə ediblər ki, Durov milli kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizə idarələri tərəfindən araşdırılır.
 
Gülnar 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol