• $
  • €
  • ₽
  • ₺
  • £

Yaşı 30-dan az olan amerikalı seçicilərin yarısı Harrisi dəstəkləyir - NBC

Yaşı 30-dan az olan amerikalı seçicilərin yarısı Harrisi dəstəkləyir - NBC
04.09.2024 16:20
Yaşı 30-dan az olan amerikalı seçicilərin yarısı prezident seçkilərində ABŞ-ın vitse-prezidenti Kamala Harrisə səs vermək niyyətində olduğunu bildirib. Yalnız respondentlərin  üçdə biri keçmiş prezident Donald Trampın namizədliyini dəstəkləyib. Bunu NBC News sorğunun nəticələrinə istinadən xəbər verib. 

Belə ki, seçkilərdə səs vermək üçün qeydiyyatdan keçmiş Z nəsli adlanan 18-29 yaşlı respondentlərin 50%-i prezident seçkilərinin bu gün keçiriləcəyi təqdirdə Harrisi seçəcəklərini bildiriblər. Eyni zamanda Trampı yalnız 34% dəstəkləyib. Üstəlik, hər onuncu sorğu iştirakçısı səs verməyəcəklərini bildiriblər.

Eyni zamanda, seçkiyə gedəcəyinə az qala əmin olan gənc seçicilərin 60%-i vitse-prezidenti dəstəklədiyini bildirib. Bu rəqəm 2020-ci ildə keçirilən sorğunun nəticələri ilə üst-üstə düşüb. O zaman 18-29 yaşlı amerikalıların 60%-i gələcək prezident Co Baydeni dəstəklədiyini bəyan edib.

Nəsil Z seçicilərinin cəmi 73%-i prezidentliyə namizəd olmaq hüququ olan namizədlər üçün yaş məhdudiyyətinin müəyyən edilməsini dəstəkləyəcəklərini, 27%-i isə belə bir məhdudiyyətin əleyhinə olduğunu bildirib.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol