İordaniya İsraillə sərhəd-keçid məntəqəsini bağlayıb

İordaniya hakimiyyəti İsraillə sərhəddə Allenbi körpüsü üzərindəki sərhəd-keçid məntəqəsini bağlayıb.Bu barədə "Al Mamlaka" telekanalı İordaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bu gün İordaniyadan keçən yük maşınının sürücüsü Allenbi körpüsü üzərində israilli işçiləri atəşə tutub. Nəticədə 3 israilli ölüb.Terrorçu zərərsizləşdirilib.
www.anews.az
























