• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Rusiyanın neft emalı zavodunu sıradan çıxarıb

Ukrayna Rusiyanın neft emalı zavodunu sıradan çıxarıb
11.09.2024 17:18
Moskva yaxınlığında yerləşən Rusiyanın daha bir böyük neft emalı zavodunu sıradan çıxarıb. Bu barədə Reuters xəbər verir. 

Moskvadan 300 km məsafədə yerləşən və ildə 15 milyon ton neft emal edən "Slavneft-Yaroslavnefteorgsintez” neft emalı zavodu sentyabrın 10-da katalitik krekinq qurğusunu dayandırıb. 

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, qəzanın dəqiq səbəbi məlum deyil. Bu, nəqliyyatda və ya katalizatorun regenerasiyasında nasazlıq ola bilər.
 
Mənbələrdən biri bildirib ki, yüksək oktanlı benzin istehsalı üçün istifadə edilən qurğunun təmiri təxminən bir həftə çəkəcək. Başqa mənbəyə görə isə,  zavod Aİ-95-in istehsalını azaltmağa məcbur olacaq, lakin daha çox 92 markalı benzin istehsal edəcək.

Yaroslavl zavodunda problemlər PUA-nın hündürmərtəbəli binaya çırpıldığı Moskva vilayəti də daxil olmaqla, doqquz rayonu əhatə edən, müharibənin başlanğıcından bəri Ukrayna pilotsuz təyyarələrinin ən böyük reydi günü yaranıb. Yanğın nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ümumilikdə, Müdafiə Nazirliyinin məlumatına görə, hücumda ən azı 144 PUA iştirak edib. Səlahiyyətlilər dronların YANOS neft emalı zavodunun yerləşdiyi Yaroslavla çatması barədə məlumat verməyib.
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol