• $
  • €
  • ₽
  • ₺
  • £

Silahsız Ukrayna əsgəri "orta əsr" sayağı edam edilib

Silahsız Ukrayna əsgəri "orta əsr" sayağı edam edilib
17.09.2024 12:29
Ukrayna  "rusların silahsız ukraynalı əsirin əllərini bağlayaraq qılıncla necə edam etdiyini göstərən  video ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinə və BMT-yə müraciət edib. Bunu Ali Radanın insan haqları üzrə komissarı Dmitri Lubinets bildirib.

"Ukrayinska Pravda”nın yazdığına görə, sentyabrın 17-də səhər saatlarında sosial şəbəkələrdə yayılan videoda ukraynalı hərbi geyimli şəxsin üzərində "Kursk üçün” yazılmış qılıncla öldürüldüyü əks olunub.
 
Əsgərin qanlı cəsədi zdələnən avadanlıq və pəncərələri sın evdırılan evin fonunda yolun üstünə atılıb. Bu səbəbdən hadisənin dəqiq harada baş verdiyini təyin eləmək mümkün deyil.

"Vəhşiliyin və qaniçənliyin səviyyəsi anlaşılmazdır. Bu cür hərəkətlər hərbi əsirlərlə rəftarla bağlı Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır!” — Lubinets Telegram kanalında yazıb.

O, beynəlxalq təşkilatlara müraciət edərək  "Rusiya tərəfindən insan haqlarının növbəti dəfə pozulmasını sənədləşdiməyi” xahiş edib. 
 
Həmçinin, onun fikrincə, bu cür nümayişkaranə qətllər Ukrayna cəmiyyətini ruhdan salmaq məqsədi daşıyır.
 
N.Təbrizli
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol