• $
  • €
  • ₽
  • ₺
  • £

Qeyri-adi insan növü aşkarlandı - VİDEO

Qeyri-adi insan növü aşkarlandı - VİDEO
03.02.2014 14:54

İspaniyalı alimlər qədim avropalıların görünüşlərinin necə olmasına dair çox maraqlı bir tapıntı aşkarlayıblar. 

ANN.Az-ın "euronews.com"a istindən verdiyi məlumata görə, genetik testlər nəticəsində mağaranın dərinliyindən tapılan insan qalıqlarının 7000 il yaşı olduğu müəyyənləşib. Bu insanlar həm avropalıların, həm də afrikalıların qarışığından ibarətdirlər, onların tünd rəngli dəriləri, tünd rəngli saçları və mavi gözləri var. Şimal-qərbi İspaniyanın Kantabrian Dağlarındakı mağaranın dərinliklərində aşkarlanan insan qalıqları həddindən artıq çox yaxşı vəziyyətdədir. 

"Hazırda Avropada belə bir insan tipi yoxdur. Genom nöqteyi nəzərindən bu adam avropalıdır, ancaq indiki avropalılardan fərqli olaraq, onun tünd dərisi var və o, mavi gözlüdür", - Barselonada yerləşən CSIC (İspaniya Milli Araşdırmalar Konsulluğu)  təşkilatının tədqiqatçısı Professor Karlos Lalueza-Fox açıqlamasında bildirib. 

İzahlardan biri belədir ki, güman edildiyinin əksinə olaraq, açıq rəngli dəri çox sonralar təkamül edib. 

DNT analizləri nəticələrindən biri belədir ki, bu ovçu-yığıcı adamda güman ki, laktoza dözümsüzlüyü olub və o, əkinçi insandan fərqli olaraq, nişastalı yeməkləri həzm etməkdə çətinliklər yaşayıb. 

"Bu misilsiz tapıntının sayəsində biz Avropanın genetik tarixinin əsasını qoya biləcəyik. Böyük ehtimal ki, üzümüzə gələn illərdə biz Paleolit, Neolit, Bürünc, Mis və s. dövrlərə aid genomları əldə edə biləcəyik", - Karlos Lalueza əlavə edib. 

Alimlər yaxın gələcəkdə mağarada tapılan digər insan skeletinin DNT-sini çözə biləcəklərinə ümid edirlər. 

Mağarada tapılan insan genomunu müasir avropalılarla müqayisə edən ispaniyalı alimlər aşkar ediblər ki, DNT-nin genetik quruluşu Şimali Avropa xalqlarının, əsasən isveçlilərin və finlərin genetik quruluşuna daha yaxındır. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol