• $
  • €
  • ₽
  • ₺
  • £

Şagirdləri girov götürən şəxs zərərsizləşdirildi - YENİLƏNİB

Şagirdləri girov götürən şəxs zərərsizləşdirildi - YENİLƏNİB
03.02.2014 13:40
Moskvada məktəb şagirdlərini girov götürmüş silahlı şəxs zərərsizləşdirilib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Andrey Pilipçuk bildirib. Onun sözlərinə görə, Otradnı küçəsində yerləşən 263 saylı orta məktəbə daxil olan silahlı şəxs hadisə yerinə gələn iki polis əməkdaşından birini öldürüb, digərini isə yaralayıb. “Hazırda məktəbin ərazisinə polis qüvvələri cəlb olunub. Məktəbin binasından şagird və müəllimlər təxliyyə olunublar. Lakin silahlı şəxsin daxil olduğu sinif otağında bir müəllimi də öldürüb”.  Qeyd edək ki, Moskvada məktəbdə girov götürülən şagirdlər azad olunub. Məktəbdə atəş açmış şəxsin yuxarı sinif şagirdi olduğu bildirilir.    ------13:10 Rusiya paytaxtında orta məktəbdə silahlı insident baş verib.APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, silahlı şəxs paytaxtda yerləşən 263 saylı məktəbin binasına daxil olaraq odlu silahdan atəş açmağa başlayıb. Nəticədə hadisə yerinə gəlmiş polis əməkdaşları yaralanıb. Silahlı şəxsin məktəbin təhlükəsizlik xidmətinin əməkdaşını silahla hədələyərək içəri daxil olduğu bildirilir. Təhlükəsizlik Xidmətinin əməkdaşı hadisə yerinə polisləri çağırıb. Bu zaman silahlı şəxs məktəbin pəncərəsindən polislərə atəş açmağa başlayıb. Nəticədə bir polis əməkdaşı yaralanıb. Silahlı şəxsin şagirdləri girov götürdüyü bildirilir. Hadisə ilə bağlı Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda 263 saylı məktəbə silahlı şəxsin daxil olduğu, bir nəfər polis əməkdaşının yaralandığı deyilir. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev hadisə yerinə gəlib. Məktəb binası polis qüvvələri tərəfindən əhatəyə alınıb.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol