İrana hücumumuz gözlənilməz və ölümcül olacaq –İsrailin müdafiə naziri
09.10.2024 23:02
İrana cavabımız ölümcül və gözlənilməz olacaq. Bunu İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin hərbi kəşfiyyat bölmələrindən biri ilə görüşündə bildirib.
"İranın hücumu aqressiv, lakin qeyri-dəqiq idi. Bizim hücumumuz isə əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası gözlənilməz olacaq. İranlıların nə başa verdiyini anlamağa vaxtı olmayacaq. Onlar sadəcə nəticələri görəcəklər”, – nazir vurğulayıb.