Putinin hədiyyə etdiyi maşınla konsertə getdi

Şimali Koreya lideri Kim Çen In Koreya Fəhlə Partiyasının (WPK) 79-cu ildönümü şərəfinə keçirilən şənliklərə Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi dəbdəbəli rus Aurus avtomobili ilə gəlib. Bu barədə RİA Novosti məlumat yayıb.
Konsert oktyabrın 10-da TPK-nın Mərkəzi Hazırlıq Məktəbində baş tutub.
Orada Rusiyanın KXDR-dəki səfirliyinin aparıcı əməkdaşları, o cümlədən fövqəladə və səlahiyyətli səfir Aleksandr Matseqora da fəxri qonaq qismində iştirak ediblər.
Tamaşaçılar KXDR və Fəhlə Partiyasının himnlərini, vətənpərvərlik mahnılarını dinləyiblər. Hər şey atəşfəşanlıqla başa çatıb.
Aytac
www.anews.az
























