• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada dava: iki vətəndaşımız tutulub

Rusiyada dava: iki vətəndaşımız tutulub
01.02.2014 10:38

Rusiyanın Petrozavodsk şəhərində kütləvi dava-dalaş olub.

Bu haqda «flash nord»-un yaydığı xəbərdə bildirilib ki, dalaşma Qafqazdan olanlar arasında baş verib.

 

Mənbənin məlumatında deyilib: «Bu olayda Çeçenistan, İnquşeytiya və Azərbaycandan  olan 40-a yaxın adam iştirak edib. Davada bıçaq və başqa kəsici-deşici alətdən istifadə olunub» .

 

İştirakçılardan birinin sözlərinə görə, 29 yaşlı çeçen kəllə-beyin zədəsi ilə xəstəxanaya yerləşdirilib.

 

Olayın başqa iştirakçıları çeşidli dərəcədə bıçaq yarası alıb.

 

«Azərbaycanın iki vətəndaşı saxlanılıb. Ona qarşı «xuliqanlıq» və «bilərəkdən sağlamlığa ağır xəsarət yetirmək» ittihamları irəli sürülüb. Onlar məhkəmənin qərarı ilə həbs edilib. Daha iki nəfər şübhəli şəxs qismində saxlanılıb»-deyə, mənbə bildirib.

 

Kareliya Respublikası Daxili İşlər Nazirliyi mətbuat katibliyinin məlumatına əsasən, münaqişə iki gənc arasında məişət zəminində baş verib. Nazirlik davada 20-dən çox insanın iştirak etdiyini bildirib.

Lent.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol