• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin seysmik risk xəritəsi yenilənib

Türkiyənin seysmik risk xəritəsi yenilənib
17.10.2024 00:03
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ölkənin seysmik risk xəritəsini yeniləyib.
 
Axar.az xəbər verir ki, bu qərar episentri Türkiyənin Malatya vilayətində baş vermiş 5,9 bal gücündə zəlzələdən sonra qəbul edilib.

Yenilənmiş xəritəyə əsasən, zəlzələ riski ən çox olan regionlara İzmir, Dənizli, Bursa, Kocaeli, Ərzincan, Hatay, Amasya, Bolu, Çanaqqala və Siirt daxildir.

İstanbulun çox hissəsi, Kahramanmaraş, Adıyaman, Van, Antalya, Qars, Malatya, Adana, Kütahya və Eskişehir "ikinci” risk zonasındadır. Eyni zamanda Türkiyənin bu ərazilərində güclü zəlzələlərin baş verməsi ehtimalı da istisna edilmir.

Ankara, Konya, Şanlıurfa, Kayseri, Mersin, Nevşehir vilayətləri və İstanbul vilayətinin bir hissəsi seysmik təhlükələrə daha az məruz qalır.
Xəritə Şərqi Anadolu və Şimali Anadolu qırılmalarının Türkiyənin hansı bölgələrindən keçdiyi barədə təsəvvür formalaşdırır.

Milli Seysmik Araşdırmalar Proqramının (DASK) dəstəyi ilə 2019-cu il yanvarın 1-dən Türkiyədə zəlzələ təhlükəsi xəritəsi istifadə olunur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol