Ukraynanın xarici işlər naziri Türkiyəyə səfər edəcək
20.10.2024 21:01
Ukraynanın xarici işlər naziri Andriy Sibiha 21-22 oktyabrda Türkiyədə rəsmi səfərdə olacaq.Bu barədə Türkiyə XİN-nin məlumatında deyilir.
Qeyd olunub ki, Türkiyə xarici işlər naziri Hakan Fidanın ukraynalı həmkarı ilə keçirəcəyi görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.