• $
  • €
  • ₽
  • ₺
  • £

Kultura.az saytı məqalə müsabiqəsi elan etdi

Kultura.az saytı məqalə müsabiqəsi elan etdi
29.01.2014 14:24

Kultura.az mədəniyyət və incəsənət portalı məqalə müsabiqəsi elan edib. ANN.Az-ın verdiyi xəbərə görə, saytda yayımlanmış müsabiqə mətnində bildirilir:

"Hörmətli bəylər və xanımlar, əziz həmvətənlər, Kultura.az saytı öz missiyasına sadiq qalaraq, vətəndaşlarımızın maariflənməsi, elmin, mədəniyyətin, sənətin təbliğ olunması üçün fasiləsiz fəaliyyət göstərməkdə davam edir. 

 

Azərbaycan klassiklərini daima xatırlamaq, onları gənc nəslə tanıtdırmaq, təbliğ etmək: Azərbaycanın müasir yazıçılarının, qələm adamlarının, ziyalılarının, intellektuallarının fikirlərini cəmiyyətə çatdırmaq: özlərini ifadə etmək istəyən gənclərə saytımızda yer ayırmaq: müxtəlif tərcümələr, araşdırmalar, sorğular təqdim etməklə insanlarımızın maariflənməsi istiqamətində iş aparmaq bizim əsas vəzifələrimizdir. Kultura.az-ın ən böyük vəzifələrindən biri də daima kitabı təbliğ etməkdir.

Hörmətli bəylər və xanımlar, ölkədə kitab satışını və kitabın təbliğatını gücləndirmək, kitabın bir dəyər olduğunu bir daha göstərmək üçün növbəti fürsətdən yararlanmaq fikrindəyik. Bu məqsədlə Kultura.az saytı Azərbaycanın görkəmli yazıçısı, ziyalısı, ictimai-siyasi xadimi Yusif Vəzir Çəmənzəminlinin "Studentlər" romanı mövzusunda yazı müsabiqəsi elan edir. "Studentlər" romanı Azərbaycan ədəbiyyatında, romançılığında mühüm hadisə olsa da, müəyyən səbəblərdən dolayı təbliğ olunmayıb. Müsabiqəni elan etməkdə məqsədimiz Azərbaycanın görkəmli klassikini bir daha cəmiyyətə tanıtdırmaq və onun həm mövzu, həm də Azərbaycan romançılığı baxımından unikal olan əsərini yenidən gündəmə gətirməkdir.

Şərtlər

 - Müsabiqədə iştirak edənlər Y. V. Çəmənzəminlinin "Studentlər" romanı haqqında fikirlərini, düşüncələrini yazı (rezensiya) şəklində Azərbaycan dilində ifadə etməlidirlər.

  - Məqalələrin həcmi 10 000 işarədən (boşluqsuz) artıq olmamalıdır.

  - Müsabiqədə yaş həddi 30 yaşa qədərdir.

 - Müsabiqədə iştirak etmək niyyətində olanlar yalnız bir yazı göndərə bilərlər. Məqalələr əvvəlcə hansısa mətbuat orqanında, internet resursunda çap edilməməlidir. Şərtə əməl etməyən müəlliflərin məqalələri müsabiqəyə buraxılmayacaq.

 - Müsabiqə iştirakçıları [email protected]/* */ ünvanına yazı ilə birlikdə, özləri haqqında məlumat (ad, soyad, ata adı, əlaqə nömrələri, fotoşəkil) göndərməlidirlər.

 - Müsabiqəyə yazı qəbulu 2014-cü ilin fevralın 1-dən martın 8-ə qədər (həmin gün də daxildir) nəzərdə tutulub.

Mükafat

Müsabiqədə qalib olanlar pul mükafatı ilə təltif olunacaqlar. Birinci yerin sahibi 500 manat, ikinci yerin sahibi 300 manat, üçüncü yerin sahibi isə 200 manat məbləğinda mükafata layiq görüləcəklər. Müsabiqədə həmçinin iki həvəsləndirici mükafat da nəzərdə tutulub.

Münsiflər heyəti

Müsabiqəyə göndərilən məqalələr Kultura.az saytının redaktorlar heyəti tərəfindən yoxlanılacaq və qiymət veriləcək. Müsabiqə boyunca seçilmiş məqalələr Kultura.az saytında yayımlanacaq və oxuculara təqdim ediləcək. Müsabiqə qaliblərinin mükafatlandırılması mart ayının ikinci ongünlüyündə keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək niyyətində olan hər kəsə uğurlar arzulayırıq!"

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol