Qəzzada ölənlərin sayı 44 minə yaxınlaşır

Qəzza zolağında son 24 saat ərzində 50 fələstinli ölüb, 110 nəfər yaralanıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi Telegram kanalında yazıb.
www.anews.az
"2023-cü ilin oktyabrın əvvəlində Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin başlanğıcından bəri İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 43 972 nəfəri keçib, 104 008 nəfər yaralanıb",- məlumatda qeyd olunub.
2023-cü il oktyabrın 7-də Qəzza zolağında Fələstin HƏMAS hərəkatı ilə İsrail ərazisidə döyüş başlayıb. İsrail, HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını xilas etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.
Qəzza zolağında hərbi əməliyyatlar bu gün də davam edir.
Aytac
www.anews.az
























