• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan İranda - FOTOLAR

Ərdoğan İranda - FOTOLAR
29.01.2014 10:14
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranda rəsmi səfərdədir.APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, səfər İranın birinci vitse-prezidenti İshaq Cahangirinin dəvəti əsasında baş tutub. Türkiyə baş nazirini Tehranın Mehrabad beynəlxalq hava limanında İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan qarşılayıb. R.T.Ərdoğanı səfərdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, iqtisadiyyat naziri Nihat Zeybəkçi, iqtisadi inkişaf naziri Cövdət Yılmaz, mədəniyyət və turizm naziri Ömər Çelik, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, habelə digər rəsmi şəxslər, iş adamları və mətbuat nümayəndələri müşayiət edir. Türkiyə baş naziri yanvarın 29-da Səədabad Sarayında İranın prezidentinin birinci müavini tərəfindən rəsmi şəkildə qarşılanacaq. Bundan əlavə, R.T.Ərdoğanın həmin gün İran prezidenti Həsən Ruhani, ali dini lider ayətullah Əli Xamneyi və bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşü də gözlənilir. Eyni zamanda Türkiyə baş nazirinin səfər proqramında iki illik fasilədən sonra keçiriləcək İran-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti toplantısında iştirak etmək var. R.T.Ərdoğanın İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq İşlər İnstitutunda müəllim və tələbələr qarşısında çıxışı da nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələr başda olmaqla, regional və qlobal məsələlərin əsas müzakirə mövzusu olacağı bildirilir. Qeyd edək ki, bu, Türkiyə baş nazirinin Həsən Ruhaninin hakimiyyət başına gəlməsindən sonra İrana ilk səfəridir. Bəzi məlumatlara əsasən, R.T.Ərdoğanın keçirdiyi görüşlərdə İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılacağı, iki ölkə arasında güzəştli ticarət razılaşmasının imzalanacağı, İranla Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinin müzakirə olunacağı bildirilir. Eyni zamanda görüşlərdə Suriya böhranı, terrorçuluğa qarşı mübarizə, enerji və ticarət sahəsində əməkdaşlıq, habelə sərhəd-keçid məntəqələrində gediş-gəlişin asanlaşdırılması, ötən il dekabrın 17-də Türkiyədə rüşvət və korrupsiya ilə mübarizə sahəsində həyata keçirilmiş əməliyyatla bağlı da fikir mübadiləsi aparılacağı qeyd olunub.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol