• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada qarşıdurmalara səbəb olmuş qanunlar ləğv olundu

Ukraynada qarşıdurmalara səbəb olmuş qanunlar ləğv olundu
28.01.2014 16:12
Ukrayna Ali Radasının növbədənkənar sessiyasında yanvarın 16-da qəbul olunmuş 9 qanun layihəsi ləğv edilib.APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, həmin qanunların qüvvədən düşməsinə 412 deputatdan 361 nəfər səs verib. Qeyd edək ki, yanvarın 16-da Ali Radada hakimiyyət və müxalifət tərəfdarlarının qarşıdurması şəraitində, hər hansı debat keçirilmədən və elektron səsvermə aparatından istifadə olunmadan, Regionlar Partiyası və Kommunist Partiyasının deputatlarının əl qaldırması yolu ilə bir sıra mürtəce qanunlar qəbul olunub. Bu qanunlar: - Müxalifətçi deputatların toxunulmazlıqdan məhrum edilməsi prosedurunun asanlaşdırılmasını;- Siyasi hökmlər çıxaran məhkəmə hakimləri haqda məlumat toplayan və KİV-də, sosial şəbəkələrdə yayan şəxslər və KİV orqanları haqda cinayət məsuliyyəti də daxil olmaqla, inzibati tədbirlərin görülməsini; - Hakimlərə ittiham olunanların iştirakı olmadan qiyabi məhkəmə hökmünün çıxarılması səlahiyyəti verilməsini,- Kütləvi aksiyalara maska və digər maskirovka vasitələri ilə qatılmağa və Daxili İşlər Nazirliyinin icazəsi olmadan meydanlarda çadırlar qurulmasına görə cərimə tətbiqi və inzibati həbs cəzasının verilməsini;- Vaxtaşırı prezident və hökumət üzvlərinin şəhər kənarındakı iqamətgahları qarşısında avtomobillərlə aksiyalar keçirən “Avtomaydan” iştirakçılarının məsuliyyətə cəlb olunmasını;- Kütləvi aksiyaların iştirakçılarına qarşı güc tətbiq edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının cinayət məsuliyyətindən azad edilməsini; - İkinci dünya müharibəsi illərində sovet ordusuna qarşı döyüşmüş ukraynalıları (Ukrayna Üsyançı Ordusunu) müsbət təbliğ etməyə və faşistlərə bəraət qazandırmağa görə cinayət məsuliyyətinin tətbiq olunmasını nəzərdə tuturdu. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol