• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada siyasi böhran yarana bilər - Makrona inam azalır

Fransada siyasi böhran yarana bilər - Makrona inam azalır
28.11.2024 17:48
Fransada 63% insan hökumətə etimad göstərilməyəcəyi təqdirdə Fransa prezidenti Emmanuel Makronun istefasını dəstəkləyəcək. Bu barədə BFMTV məlumat yayıb.
 
Sorğulara əsasən, "Milli Birlik” partiyasına daxil olan partiyalar, eləcə də solçu "Yeni Xalq Cəbhəsi” alyansı xüsusilə Makronun istefasının tərəfdarıdır.

Makronun mümkün istefası həm də "Respublika” partiyası elektoratının bir hissəsi və Makronun siyasi dəstəyi hesab edilən "Renessans” partiyasının daxil olduğu "Respublika Naminə Birlikdə” alyansının elektoratı tərəfindən də düzgün addım hesab olunur. Xüsusilə fransızlar hökumətə etimad olmasa, məsuliyyətin prezident Makronun üzərinə düşəcəyi qənaətindədir.

Gələn ilin büdcə müzakirələri kontekstində baş nazir Mişel Barnyenin kabinetinə etimadsızlıq bildirmək məsələsi aktiv müzakirə mövzusuna çevrilib. Barnierin kabinetinin büdcəni qəbul etmək üçün Fransa Konstitusiyasının 49.3-cü maddəsini istifadə edəcəyi gözlənilir ki, bu da büdcənin parlamentdən yan keçərək qəbul edilməsinə imkan verir.
 
Bu, parlamentdə kəskin tənqidlərə səbəb olub və Fransa parlamentinin üzvləri hökumətə etimadsızlıq ifadəsi prosesinə başlamağa hazırlaşır.
 
Aytac 





www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol