• $
  • €
  • ₽
  • ₺
  • £

Mask Tramp üçün seçki vaxtı ən azı 260 milyon dollar xərcləyib

Mask Tramp üçün seçki vaxtı ən azı 260 milyon dollar xərcləyib
06.12.2024 17:25
Amerikalı iş adamı və milyarder İlon Mask ABŞ-ın Respublikaçılar Partiyasından seçilmiş prezidenti Donald Trampın seçki kampaniyasına azı 260 milyon dollar xərcləyib. Bu barədə CNN Federal Seçki Komissiyasının sənədlərinə istinadən məlumat yayıb.

Bu yolla Mask Ağ Evin seçilmiş rəhbərinin ən böyük siyasi sponsorlarından birinə çevrilib. Onun ayırdığı vəsait müxtəlif təşəbbüslərə, o cümlədən Trampın imicinin yaxşılaşdırılmasına həsr olunmuş siyasi fəaliyyət komitəsini dəstəkləmək üçün 20 milyon dollara xərclənib.

Noyabrın 23-də sərvəti 347,8 milyard dollara çatan Maskın öz rekordunu qırdığı və yenidən dünyanın ən varlı adamları siyahısında birinci yerdə olduğu bildirilib.


Yeni prezidentlik müddəti üçün Tramp Hökumətin Effektivliyi Departamentini yaradıb. Respublikaçıları dəstəkləyən, onun mitinqlərində çıxış edən və kampaniyaya 152 milyon dollardan çox ianə verən iki lider - sahibkar Vivek Ramasvami və Elon Mask olacaq. 
 
ABŞ-da noyabrın 5-də prezident seçkiləri keçirilib. Donald Tramp yüksək faizlə rəqibi Kamala Harrisi udub. 
 
Aytac 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol