• $
  • €
  • ₽
  • ₺
  • £

Biznesmen qızıyla evlənənə 130 milyon verəcək - TƏKLİF

Biznesmen qızıyla evlənənə 130 milyon verəcək - TƏKLİF
27.01.2014 12:10

Honkonqlu biznesmen Sesil Çao onun homoseksual qızı Qigiylə evlənməyə müvəffəq olan şəxsə 1 milyard Honkonq dolları (130 milyon dollar) verəcəyini vəd edib. Beləliklə, milyarder 2012-ci ildə verdiyi ilk pul vədini 2 dəfə artırıb. 

ANN.Az-ın "Lenta.ru"ya istinadən xəbərinə görə, ilk cəhddə 20 000 kişi Qigiylə evlənmək üçün səfərbər olmuşdu, onların hamısı özlərinin ciddi olduğunu bildirmək üçün Çaoyla əlaqə saxlamışdılar. Ancaq milyarderin qızı hansısa kişiylə evlənmək fikrini rədd eləmişdi. Elə indi də Qigi atasının onu ərə vermək fikrinin qəti əleyhinədir. 

Hazırda xeyriyyə fonduna rəhbərlik edən və LGBT aktivisti kimi də fəaliyyət göstərən Qigi Çao məsələ barəsində açıqlama verib. O deyib ki, atasının qərarına üzülmür, çünki valideyni onun xoşbəxt olmasını istəyir, ancaq o, başa düşmür ki, qızı homoseksualdır. Qigi həmçinin bildirib ki, o da atasını çox sevir, amma buna görə, kişiyə ərə getmək fikri yoxdur.

"South China Morning Post" qəzetinin yazdığına görə, Qigi Çao artıq 9 ildir ki, öz həmcinsi ilə romantik münasibət yaşayır, onun partnyoru Qiginin atasının təklifini eşidəndə çox qəzəblənib. Nəşrin məlumatına görə, cütlük 2012-ci ildə Fransada nigaha giriblər. 

Bununla belə, Sesil öz yeganə qızını bu taleyi ilə barışmaq fikrində deyil, o qızını hetereseksual olmağa razı salacağına ümid edir. Biznesmen deyib ki, o ümidini itirmir, çünki hələlik Qiginin cəmi 33 yaşı var. 

Sesil Çaonun yeni təklifinə nə qədər kişinin səfərbər olduğu barədə məlumat yoxdur. 

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol