• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentə qarşı kütləvi etiraz

Prezidentə qarşı kütləvi etiraz
27.01.2014 09:22
Fransa prezidentinin şəxsi həyatı ilə bağlı qalmaqallar fonunda, paytaxt Parisdə minlərlə insan Fransua Oland və onun mərkəzi hökümətinə qarşı kütləvi yürüş keçirib. Anspress xəbər verir ki, Paris küçələrinə axışan 50-ə yaxın təşkilat və cəmiyyətin fəalları aksiyaya “Qəzəb günü” adı verib. “Fransızlar hiddətə gəlib” şüarlı plakat daşıyan etirazçılar, yüksək işsizlik səviyyəsi,vergilər, yaşayış üçün tələbatlar və fərdi azadlıqlarla bağlı problemlərdən gileylənib.Oland 2012-ci ilin mayında hakimiyyətə gələn dönəmlərdə iqtisadiyyat və xarici siyasətlə bağlı islahatlar həyata keçirməyə söz vermişdi. Habelə seçki kampaniyası dönəmlərində verdiyi vədlərə xilaf çıxan sosialist siyasətçi, Fransa tarixinin ən pis prezidentlərindən birinə çevrilib. Olandın populyarlığına ən çox həyata keçirdiyi ixtisar siyasəti, məşğulluqla bağlı ölkədə baş alan problemlər təsir göstərib.Aksiyadan bir gün əvvəl Fransua oland 1 aya yaxın davam etmiş qalmaqalı xətm edərək, qeyri rəsmi birinci xanımı - jurnalist Valeri Triyerveylerlə münasibətlərinə son qoyduğunu bildirmişdi. Maraqlıdır ki, bu genişlikdə aksiyada, prezidentə qarşı mənfi-yüklənmələrinə baxmayaraq, etirazçılar bir kəlmə olsun belə Olandın gizli münasibətlərinə eyham vurmayıb.“Adi insanlara qulaq asmayan hökümətə qarşı qəzəbliyik. O adi insanlar ki, bazar günləri etiraza qalxısır, bütün həftəni işləyir və vergisini ödəyir. Hökümətin xərclədiyi pullar bizim pullardır, onlar bu pullardan səmərəli istifadə etməlidir” - deyə etirazçılardan biri bildirib.Olanda qarşı etirazlara davam etdiyi bir vaxtda, Fransa prezidentinin yollarını ayırdığı keçmiş birinci xanım Trietveyler Hindistana humanitar səfər edib. Mumbay ordusunda qonağı böyük jurlalist izdihamı qaşılayıb.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol