• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada hakimiyyət və müxalifət etirazçıların dağılmasıyla bağlı razılığa gəldi

Ukraynada hakimiyyət və müxalifət etirazçıların dağılmasıyla bağlı razılığa gəldi
26.01.2014 03:45
Ukraynada hakimiyyət və müxalifət danışıqlar zamanı etirazçıların və polisin Kiyevin mərkəzi küçələrini boşaltmasına dair razılığa gəlib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbərinin birinci müavini Andrey Portnov bildirib.   
 
“Tərəflər arasında əldə olunan razılığa əsasən, Kiyevin meydan və küçələri tədricən    etirazçılardan və asayiş keşikçilərindən boşaldılacaq”, deyə Andrey Portnov bildirib.
 
Ukrayna prezidenti Viktor Yanukoviç müxalifət liderləri ilə keçirdiyi görüşdə həmçinin iğtişaşlar zamanı saxlanılan bütün etirazçıların azadlığa buraxılmasını nəzərdə tutan amnistiya haqqında qanunun qəbuluna razılıq verib. Bunun müqabilində o etirazçıların ələ keçirdikləri bütün binaların boşaldılmasını xahiş edib.    
Bununla belə  bu il növbədənkənar prezident seçkilərinin keçirilməsi etirazçıların əsas tələbi olaraq qalmaqdadır.
“UNİAN”ın verdiyi xəbərə görə, bu barədə Müstəqillik meydanında çıxışı zamanı “UDAR” partiyasının lideri Vitali Kliçko deyib.   
 
Onun sözlərinə görə, prezident saxlanılan etirazçıların azadlığa buraxılmasına və yanvarın 16-da Ali Rada tərəfindən qəbul olunmuş qanunlara dəyişikliklər  olunmasına razılıq verib.
 
“Bu günün nəticəsi nədən ibarətdir. Yanukoviç artıq nəyə hazırdır?  Saxlanılan etirazçıların azadlığa buraxılmasına. 2004-cü il Konstitusiyasının qaytarılması üçün işə başlamaq. Müəyyən şərtlərlə hökuməti istefaya göndərmək... Hələlik diktator qanunlarının ləğv olunması tələbi ilə razılaşmır, onlara sadəcə dəyişikliklərin edilməsini təklif edir. Bizim tələbimiz - bu qanunlar  ləğv olunmalıdır. Bizim tələbimiz - prezident seçkiləri bu il keçirilməlidir. Danışıqlar davam edir və biz dözümlü olmalıyıq. Və biz heç bir təxribata uymuruq”, deyə Kliçko qeyd edib.
APA
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol