Almaniyada Milad bazarında terror: 11 nəfər ölüb,60 nəfər yaralanıb

Almaniyanın Maqdeburq şəhərində təşkil olunan Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb.Bu barədə "Reuters” məlumat yayıb.
Hadisə nəticəsində 11 nəfər ölüb, 60-ı yaralanıb.Hadisəni törədən sürücü həbs edilib.
Əyalət hökumətinin sözçüsü Masias Şuppe hadisəni terror aktı kimi qiymətləndirib.
Şəhər polisinin məlumatına görə, hazırda Maqdeburqdakı Milad bazarında geniş əməliyyatlar keçirilir.
www.anews.az
























