ABŞ Maliyyə Nazirliyi "Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi açıqlama yayıb.
Sanksiyalara İvanişvilinin ABŞ-dəki bütün aktivlərinin dondurulması, ABŞ fiziki və hüquqi şəxsləri tərəfindən ona tranzaksiyaların qadağan edilməsi daxildir.